reklam
Regionxeberlericom.az » Hadisə » Polis maşınının şüşəsini sındıran qadın cəzalandırıldı

reklam

Polis maşınının şüşəsini sındıran qadın cəzalandırıldı


Bir neçə gün əvvəl Bakıda uşaq sığınacağına hücum edilməsi və Post Patrul Xidməti avtomobilinin şüşəsinin sındırılması barədə xəbər vermişdik.

Məlumata görə, hadisəni törədən sığınacağa yerləşdirilən azyaşlının anası A. Kazımova Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinə aparılıb. Onun barəsində toplanmış materiallar məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə A. Kazımovanın himayəsində azyaşlı olduğu üçün ona cərimə cəzası verilib. Həmçinin bölmədə xidməti avtomobilə dəyən zərər ödətdirilib.

Qeyd edək ki, A. Kazımova və uşağın nənəsi sığınacağa gələrək, qeyri-iş günündə onların çıxarılmasını tələb ediblər. Lakin iş günü olmadığı üçün bu alınmayıb və nəticədə insident baş verib. A. Kazımova insidentlə əlaqədar əraziyə gələn polis maşınının şüşələrini sındırıb.




Paylaş:


Müəllif : Tarix:
10-01-2023, 12:49
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər