Ağcabədi sakinlərindən 12 kiloqram narkotik götürülüb - FOTO
Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən iki nəfər saxlanılıb, onlardan 12 kiloqram marixuana götürülüb.
Bu barədə Daxili İşlərinin Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Daxil olmuş məlumat əsasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı rayon sakini Coşqun Rəfiyev şəhər ərazisində saxlanılıb. O, narkotik vasitəni taksi ilə meşəlik əraziyə apararkən saxlanaraq şöbəyə gətirilib. Avtomobilə baxış zamanı yük yerindən doqquz kiloqram marixuana aşkar edilərək götürülüb.
Bundan əlavə, keçirilən digər bir tədbirlə daha üç kiloqram marixuana qanunsuz dövriyyədən çıxarılıb. Şübhəli qismində saxlanılan Zaman Cəfərovun rayonun Hindarx qəsəbəsindəki evinə baxış keçirilib. Bu zaman oradan üç kiloqram marixuana aşkar edilərək götürülüb.
Hər iki faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Paylaş:
Müəllif : Yazar
Tarix:16-01-2023, 11:31
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər