Dələduzluqda təqsirləndirilən keçmiş tibb bacısına hökm oxunub
Tanışlarına qarşı dələduzluqda və rüşvət verməyə təhrikçilikdə təqsirləndirilən keçmiş tibb bacısı Həvvaxanım Qasıməliyevaya hökm oxunub və o, iki il müddətinə şərti azadlıqdan məhrum edilib.
Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Hökmə əsasən, Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, H.Qasıməliyevaya təyin edilmiş 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası iki il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilib.
Qeyd edək ki, ittiham aktına əsasən, 2000-ci il tarixdən K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda tibb bacısı vəzifəsində işləyən H.Qasıməliyeva Aidə Zeynalova ilə görüşərək ona pensiya təyin edilməsində köməklik göstərəcəyi ilə bağlı yalan vəd verib. O bildirib ki, bunu guya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yüksək vəzifədə işləyən tanışı vasitəsilə həyata keçirəcək. Buna görə də A.Zeynalovadan üç min manat alıb.
Təqsirləndirilən şəxs bundan əlavə, pensiya düzəltdirəcəyi adı ilə tanışı Lalə Qasımovaya 6 min 600 manat, Rüstəm Qasıməliyev və Çimnaz Qasıməliyeva 3 min manat, Həbib Əliyevə 3 min manat, Elçin Atayevə 3 min manat, Təranə Abdulzadəyə qarşı 2 min 500 manat dələduzluq edib. Pullar ona əri Rasim Qasıməliyev vasitəsilə çatdırılıb.
Məhkəmədə ifadə verən H.Qasıməliyeva bildirib ki, onu bu işə birlikdə işlədiyi kiçik tibb bacısı Günay Məmmədova cəlb edib və aldığı bütün pulları da ona verib:
“Günay maddi vəziyyətimin aşağı olması, eyni zamanda ərim Rasim Qasıməliyevin taksi fəaliyyəti ilə məşğul olmasından xəbərdar idi. Ona görə 2018-ci ilin mart ayında Günay Məmmədova mənə dedi ki, rahat pul qazanmaq istəyirsənsə, özünə yaxın olan, etibar etdiyin şəxslərə sosial yardım düzəltmək təklifini et. Belə ki, aylıq 380 manat pensiya köçürülməsi üçün 2 500 manat, 250 manat pensiya köçürülməsi üçün isə 2 000 min manatı Günaya verməliyəm, o da öz növbəsində həmin pulu “Lala xanım” dediyi şəxsə verəcək. Bundan başqa, Günay mənə dedi ki, pensiya düzəltmək istəyən şəxslərdən özün üçün də artıq pul alıb qazana bilərsən”.
Zərərçəkmişlər isə öz növbələrində onlara dəymiş maddi ziyanın ödənildiyini və təqsirləndirilən şəxsdən heç bir şikayətlərinin olmadığını deyiblər.
Paylaş:
Müəllif : Yazar
Tarix:17-01-2023, 13:13
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər