reklam
Regionxeberlericom.az » Hadisə » Bakıda xəstə yardıma gələn həkimə bıçaqla hücum etdi

reklam

Bakıda xəstə yardıma gələn həkimə bıçaqla hücum etdi


Bakıda çağırışa gedən təcili tibbi yardım briqadasının həkimi hücuma məruz qalıb.


Hadisə Qaradağ rayonu, Sahil qəsəbəsində baş verib. Saat 04 radələrində qəsəbədə yerləşən 20 saylı Təcili Tibbi Yardım Stansiyasına çağırış daxil olub. Prosedura uyğun olaraq həkim briqadası çağırış daxil olduğu R.Rzayev küçəsi bina 20 ünvanındakı mənzilə gedib. Bu zaman xəstə tibbi yardımdan imtina edərək həkimə hücum edib, onun üzərinə bıçaq çıxararaq evi tərk etmələrini tələb edib.

Ətraflı


Məsələ ilə bağlı 20 saylı Təcili Tibbi Yardım Stansiyasının həkimi Orxan Ovçuyev polisə müraciət edib. O, xəstə tərəfindən təhqir edildiyini və bıçaqla hədələndiyini bildirib.


İlkin araşdırma nəticəsində hadisənin 1986-cı il təvəllüdlü A.Lazarev tərəfindən törədilməsi müəyyən edilib.


Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.




Paylaş:


Müəllif : Tarix:
19-01-2023, 13:16
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər