“Elə şey olar ki, qanın içində gələn xəstəyə yardım göstərməyəsən?!” - “Semaşko”nun həkimi
1 saylı Kliniki Tibbi Mərkəzin (“Semaşko” xəstəxanası) həkimi Almasxan Zeynalov başına ağac budağı düşərək xəsarət alan Simnarə Qənbərlinin həkimin ondan pul tələb etməsi və kobud davranması ittihamlarına cavab verib.
Həkim A.Zeynalov xəstə qəbul edilərkən, tək olduğunu bildirib:
“Təcili yardım maşını ilə pasiyent buraya daxil olan zaman onun heç bir qohumu yanında olmayıb. Xəstə daxil olan kimi başında yarası olduğuna görə sarğı otağına göndərilib. Orada yaraları tikilib. Yarası tikilib qurtarana yaxın anası gəlib. Yarası tikildikdən sonra isə xəstə kompüter müayinəsinə göndərilib. Kəlləni kompüter müayinəsi etdikdən sonra sağ nahiyədə əzilmə müşahidə edilib.
Pasiyenti kompüter müayinəsi etdikdən sonra kəllə sümüklərində travmatik dəyişiklik qeydə alınmayıb. Nə qansızma, nə də kəllə sümüyündə sınıq olub”.
A.Zeynalov qeyd edib ki, anası təkidlə qızını xəstəxanadan evə aparıb:
“Xəstənin anasına təklif olunub ki, o, xəstəxanada qalsın. Anası isə qızını evə aparmaq istəyib. Dedim ki, mən deyə bilmərəm ki, bu xəstəni götür, evə apar. Ancaq biz heç kəsi burada ayağından tutub çarpayıya bağlamırıq. Sadəcə nəzərlərinə çatdırdım ki, xəstə müalicə olunmalıdır. Qadın yenə də dediyindən dönmədi”.
Həkim deyir ki, müayinə ilə bağlı diaqnozun nəticələrini xəstə yaxınları istəməlidir, lakin ailə belə bir tələblə müraciət etməyib:
“Xəstənin diaqnozunu verməkdən ötrü müraciət olmalıdır. Qeydiyyat şöbəsində jurnalda o, fiksə olunub. O, arayış şəklində təqdim olunur. Yoxsa kompüterin, rentgenin cavabı ayrı-ayrılıqda verilmir” .
Xəstədən pul alınmasına gəlincə, həkim deyilənləri inkar edib:
“Özü də gəldi, yoldaşı da gəldi, sual verdim ki, mən sizdən pul istəmişəm? Təcili yardımda buraya “bomj”, küçədə qalmış gəlir. Elə şey olar ki, qanın içində gələn xəstəyə yardım göstərməyəsən?! Adamın ən azından vicdanı olar. Buraya xəstələr gəlir, günlərlə yaxınlarını tapa bilmirik. Bu, insanlığa uyğun gəlmir. Bizim xəstəxana haqqında hər şey danışırlar. Respublikanın ağır yükünü belində daşıyan bir kollektivə belə söz demək düzgün deyil”.
Paylaş:
Müəllif : Yazar
Tarix:7-08-2019, 17:49
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:7-08-2019, 17:49
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 08:36
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
23-11-2024, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23-11-2024, 13:25