reklam
Regionxeberlericom.az » Hadisə » Qadın ziyarətgahda üç litr sirkə içib intihara cəhd etdi

reklam

Qadın ziyarətgahda üç litr sirkə içib intihara cəhd etdi


Gəncədə 56 yaşlı qadın “İmamzadə” ziyarətgahında intihara cəhd edib.


Məlumata görə, 1967-ci il təvəllüdlü şəhər sakini M.Paşayeva ziyarətgaha gəlib. Həmin ərazidə üç litr sirkə içərək özünü öldürmək istəyib.


Ətrafdakı şəxslərin müdaxiləsi nəticəsində qadın xəstəxanaya çatdırılıb. Vəziyyəti ağırdır. Onun hansı səbəbdən intihara cəhd etdiyi məlum deyil.


Faktla bağlı şəhər prokurorluğunda araşdırma aparılır.


Qeyd edək ki, VIII əsrə aid olan “İmamzadə” qədim Gəncə ərazisində yerləşən və Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğuna daxil olan dini-memarlıq kompleksidir.




Paylaş:


Müəllif : Tarix:
27-01-2023, 11:14
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər