Rusiya vətəndaşı Azərbaycanda maşınla piyadanı vurub öldürdü
Lənkəran rayonunda Rusiya vətəndaşı avtomobillə piyadanı vuraraq öldürüb.
Xəbərə görə, hadisə yanvarın 30-u saat 05 radələrində Yeni Ələt-Astara-İran sərhəddi avtomobil yolunun rayonun Boladi kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Rusiya Federasiyası vətəndaşı, 1962-ci il təvəllüdlü Temirbekov Arsen Maqomedsaidoviç idarə etdiyi "Volvo" markalı yük avtomobillə Astara rayon istiqamətində hərəkətdə olarkən, yolu keçmək istəyən piyada, 1975-ci il təvəllüdlü Hüseynov Mərdan Təbriz oğlunu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Paylaş:
Müəllif : Yazar
Tarix:30-01-2023, 10:13
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Qəbələnin icra başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB