Koronavirusla bağlı fövqəladə rejim daha üç ay uzadıldı
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2020-ci ilin yanvarında koronavirusun yayılması ilə əlaqədar qlobal səhiyyədə tətbiq edilən fövqəladə vəziyyət rejimini üç ay uzadıb.
Xarici media bildirir ki, təşkilatın saytındakı açıqlamaya görə, covid pandemiyası "beynəlxalq narahatlıq doğuran ictimai sağlamlıq fövqəladə halı olmağa davam edir".
Fövqəladə hallar üzrə təşkilat komitəsinin üzvləri digər respirator yoluxucu xəstəliklərlə müqayisədə COVID-19-dan ölənlərin sayının çoxluğundan narahat olduqlarını bildiriblər. Komitə həmçinin aşağı və orta gəlirli ölkələrdə, eləcə də gəlir səviyyəsi ən yüksək olan ölkələrdə xəstəliyə qarşı peyvəndin kifayət qədər tətbiq olunmadığını qeyd edib.
İclas iştirakçıları, pandemiyanın "kritik nöqtəyə yaxınlaşa biləcəyi" qənaətinə gəlib. Ekspertlərin fikrincə, “infeksiya və ya peyvənd vasitəsilə bütün dünyada kollejtiv toxunulmazlığın daha yüksək səviyyəsinə nail olmaq" koronavirus infeksiyasının təsirini məhdudlaşdırmağa kömək edə bilər. Bununla belə, onlar hesab edirlər ki, bu virus “yaxın gələcək üçün” insanlarda və heyvanlarda patogen olaraq qalacaq.
Paylaş:
Müəllif : Yazar
Tarix:30-01-2023, 17:01
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər