reklam
Regionxeberlericom.az » Hadisə » Uşaq evində böyüyən 120 nəfər öz ailəsinə verilib

reklam

Uşaq evində böyüyən 120 nəfər öz ailəsinə verilib


2022-ci ildə 110-u oğlan, 105-i qız olmaqla 215 uşaq övladlığa götürülüb. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) verilən məlumata görə, onlardan 136-sı  3 yaşadək, 67-si 4-11 yaş, 12-i 12-18 yaş aralığında olanlardır.

Rəsmi məlumata görə, son bir ildə həmçinin sosial xidmət müəssisələrindən 120 uşaq öz bioloji ailəsinə reinteqrasiya edilib. Onlardan  53-ü qız, 67-i oğlandır.

Qeyd edək ki, Prezident İlham Əliyevin Fərmanı əsasında 1 noyabr 2019-cu ildən etibarən övladlığagötürmə sahəsində idarəetmə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunub. Ötən dövrdə bu sahədə idarəetmə və xidmətlərin elektronlaşdırılması təmin edilib və övladlığagötürmə prosesinin də e-sistem üzərindən həyata keçirilməsinə başlanılıb.

Övladlığa götürülən uşaqların ailələrdə fiziki-mənəvi inkişafının təmin olunmasına nəzarət edilməsi üçün uşaqlar 18 yaşına çatanadək övladlığagötürmənin ilk ilində hər rüb, növbəti illərdə ildə bir dəfə monitorinqlər həyata keçirilir. Ötən il də bu istiqamətdə 1337 monitorinq aparılıb.




Paylaş:


Müəllif : Tarix:
31-01-2023, 11:10
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər