17 yaşlı Ləmanın ölümünə səbəb olan sürücü həbs edildi
Ötən il sentyabrın 3-də Neftçalada taksi kimi idarə etdiyi “Vaz 2106” markalı avtomobillə ağır qəza törədən rayonun Xıllı qəsəbə sakini, 1959-cu il təvəllüdlü İbrahim İbrahimova hökm oxunub.
Məlumata görə, İ.İbrahimov Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma – ölümlə nəticələndikdə) maddəsi ilə təqsirli bilinib. Neftçala Rayon Məhkəməsinin hökmü ilə ona 2 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 5 il 1 ay müddətinə həbs cəzası verilib. İstintaq müddətində polisin nəzarəti altında olan İ.İbrahimov hökm elan ediləndən sonra məhkəmə zalındaca həbs edilib.
Hadisəyə gəlincə, araşdırmalar zamanı məlum olub ki, İ.İbrahimov hadisə baş verən gün həmkəndliləri olan ailə üzvlərini Neftçaladan Salyan Rayon Mərkəzi Xəstəxanasına aparıb. Xəstəxanadan geri qayıdarkən o, avtomobillə idarəetməni itirib və “Vaz 2106” markalı maşını yol kənarındakı “Kia Sorento”ya, daha sonra mağazaya çırpılıb. Nəticədə arxa oturacaqdakı sərnişinlərdən 17 yaşlı Ləman Məmmədova aldığı xəsarətlərdən vəfat edib. Onun bacısı və xalası isə nisbətən yüngül xəsarət alıb.
Həmçinin o da məlum olub ki, İbrahim İbrahimov epilepsiyadan əziyyət çəkir və vaxtaşırı qıcolmaları olur. Onun daha əvvəl də bir neçə dəfə qəza törətdiyi bildirilib. Məhkəmədə İ.İbrahimov hadisə vaxtı onda qıcolma baş verdiyini etiraf edib. Mərhum L.Məmmədovun valideynləri qıcolması olan şəxsin taksi fəaliyyəti göstərməsinin qəbulolunmaz olduğunu bildiriblər və ona ağır cəza verilməsini xahiş ediblər.
Qeyd edək ki, hadisədə vəfat edən L.Məmmədovu orta məktəbi yenicə bitiribmiş.
Paylaş:
Müəllif : Yazar
Tarix:1-02-2023, 16:14
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər