reklam
Regionxeberlericom.az » Hadisə » "Qardaşlar Mebel" şirkəti - MƏHKƏMƏYƏ VERİLDİ

reklam

"Qardaşlar Mebel" şirkəti - MƏHKƏMƏYƏ VERİLDİ


“Qardaşlar Mebel” QSC- yə idarəçilik qaydaları əleyhinə olan (Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun fəaliyyətinə mane olma) inzibati xəta protokolu tərtib olunub.

Regionxeberlericom.az FED.az-a istinadən xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsi ilə irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsinə görə Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən yoxlamaların keçirilməsinə maneçilik törədilməsinə və ya yoxlayıcıların yoxlama yerinə buraxılmamasına, yaxud həmin orqanların vəzifəli şəxslərinin qanuni tələbnamələrinin (qərarlarının) və ya icrası məcburi olan göstərişlərinin yerinə yetirilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə vəzifəli şəxslər 1 000 manatdan 1 500 manatadək məbləğdə, hüquqi şəxslər 6 000 manatdan 10 000 manatadək məbləğdə cərimə edilir

İşə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsində Elçin Ağayev hakim təyin edilib.

Məlumat üçün qeyd edək ki, "Qardaşlar Mebel" QSC (VÖEN: ) 20.02.2015-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Hüseyn Mirzəyev Məmmədoğludur. Nizamnamə kapitalı 3050 manatdır. Hüquqi ünvanı Az1117, Baki Şəhəri Binəqədi Rayonu, Biləcəri Ştq, Yeni Yaşayiş Massivi 2, ev 37-də yerləşir.




Paylaş:


Müəllif : Tarix:
8-02-2023, 13:44
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər