reklam
Regionxeberlericom.az » Hadisə » Ərin məmur arvadını və ustanı öldürməsinin təfərrüatı

reklam

Ərin məmur arvadını və ustanı öldürməsinin təfərrüatı


İki gün əvvəl Tərtərdə Asəf Məmmədovun həyat yoldaşı Gülnar Məmmədovanı və həyətdə usta işləyən Namiq Allahverdiyevi qətlə yetirdiyi hadisənin bəzi detalları üzə çıxıb.


Məlumata görə, ilkin araşdırma zamanı məlum olub ki, A.Məmmədov həyat yoldaşını digər şəxsdən bir neçə saat əvvəl qətlə yetirib. Belə ki, 44 yaşlı şəxsin gecə saatlarında yaşadığı evdə arvadı Gülnar Məmmədovanı çoxsaylı bıçaq xəsarətləri ilə öldürdüyü və meyitini evdə saxladığı müəyyənləşib.


Bundan sonra A.Məmmədov yaşadığı evin həyətinə bitişik yerləşən, əmisinə məxsus həyətdə usta işləyən N.Allahverdiyevin gəlməsini gözləyib. Atası ilə birgə işlədiyi həyətə gələn 32 yaşlı Namiq Asəfin qəfil hücumuna məruz qalıb. N.Allahverdiyevə atəş açan Asəf daha sonra polisə təslim olub. Bundan sonra onun gecə saatlarında yaşadığı evdə arvadını öldürməsi də məlum olub.


Qeyd edək ki, qətlə yetirilən 42 yaşlı Gülnarə Məmmədova Tərtər Rayon İcra Hakimiyyətində çalışırmış. O, RİH-in Sosial-İqtisadi İnkişafın Təhlili və Proqnozlaşdırılması Şöbəsinin Baş məsləhətçisi olub. Bundan əvvəl isə G.Məmmədova rayonda fəaliyyət göstərən bankda işləyib. Onu qətlə yetirən həyat yoldaşının isə işsiz olduğu qeyd edilib.


Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İbtidai istintaq davam etdirilir.




Paylaş:


Müəllif : Tarix:
21-02-2023, 17:33
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər