Azərbaycanlı gənc İrana gedib yoxa çıxdı
Almaniyada yaşayan Azərbaycan vətəndaşı 1997-ci il təvəllüdlü Səfərli Fərid Qabil oğlunun İranda itkin düşdüyü bildirilir.
Bu barədə F.Səfərlinin anası Dilarə Əsgərova sosial şəbəkə səhifələrində paylaşım edib. O bildirib ki, oğlu fevralın 20-də İrana gedib və martın 4-də müəmmalı şəkildə yoxa çıxıb: “Fərid ADA Universitetinin İqtisadiyyat fakültəsinin, eyni zamanda Friedrich-Schiller-Universität Jena Universitetinin BWL ixtisası üzrə magistr dərəcəli məzunudur. Bir müddət əvvəl İran vətəndaşı olan və kimliyi bizə bəlli olmayan, Jena şəhərinə praktika üçün gəlmiş bir xanımla tanış olub, daha sonra İrana səfər edib. Fevralın 20-də İrana getmək üçün Almaniyadan çıxdığı ehtimal olunur. Bu barədə heç kimə məlumat vermədiyi üçün dəqiq məlumatımız yoxdur”.
Dilarə Əsgərova əlavə edib ki, oğlu martın 4-də Almaniyadakı ev yoldaşlarına İranda olduğunu bildirib, kartının işləmədiyini və ona bilet almalarını xahiş edib: “O gündən sonra Fəriddən bir daha xəbər alınmayıb. Fəridin Türkiyəyə giriş etmədiyi ilə bağlı məlumat olduğu üçün, (Bilet Tehran - İstanbul - Berlin reysi üçün alınıb) məhz İranda saxlanıldığını düşünürük. Almaniyada və Azərbaycanda müvafiq qurumlara müraciət olunub. Beş gün keçməsinə baxmayaraq, Fəriddən heç bir məlumat yoxdur”.
Fərid Səfərlinin anası oğlunun İranda saxlanılmasını ehtimal etdiklərini vurğulayıb: “5 martda Almaniyaya qayıtmalı idi. 4 martdan telefonu sönüb, xəbər yoxdur”.
Məsələ ilə bağlı Xarici İşlər Nazirliyinə də sorğu ünvanlamışıq. Qurumdan bildirildi ki, məsələ araşdırılır.
Paylaş:
Müəllif : Yazar
Tarix:9-03-2023, 10:47
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər