reklam
Regionxeberlericom.az » Hadisə » Azərbaycanda nazirlik əməkdaşı arvadına 56 bıçaq vuraraq öldürdü, psixiatriya xəstəxanasına göndərildi

reklam

Azərbaycanda nazirlik əməkdaşı arvadına 56 bıçaq vuraraq öldürdü, psixiatriya xəstəxanasına göndərildi


Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Qobustanda arvadını xüsusi amansızlıqla öldürməkdə təqsirləndirilən Elnur Rəsulovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslə bağlı qərar elan olunub.

Məhkəmənin qərarına əsasən, Elnur Rəsulov Cinayət Məcəlləsinin (CM) 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətdikdən sonra psixi xəstəliyə tutulmaqla təsiri altına düşdüyündən ona ixtisaslaşdırılmış psixiatriya stasionarlarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin olunub. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılıb. Qərarın icrası Səhiyyə Nazirliyi "Respublika Psixiatriya Xəstəxanası" publik hüquqi şəxsə və Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına həvalə edilib. Elnur Rəsulovun CM-nin 120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat dayandırılıb.

İttihama görə, Elnur Rəsulov 28 mart 2021-ci il tarixdə saat 17 radələrində özünü öldürmək məqsədilə Qobustan rayonu, Qobustan şəhərində yaşadığı evin həyətində yerləşən toyuq hini kimi istifadə olunan tikilinin içərisinə gedərək, əvvəlcədən corabında gizlətdiyi bıçaq və şalvarının cibində gizlətdiyi ülgücdən istifadə etməklə bədəninin müxtəlif nahiyələrinə xəsarət yetirib. Həmin vaxt təqsirləndiirlən şəxs onun arxasınca tikiliyə gələn arvadı, 1986-cı il təvəllüdlü Billurə Rəsulova onun özünü öldürməsinə mane olmağa çalışdığını görərək bundan əsəbiləşib. O, mətbəx bıçağı ilə qəsdən arvadının bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vurub. Nəticədə Elnur Billurə Rəsulovanın boyun nahiyəsində arteriya və venaların, eləcə də nəfəs borusunu kəsməklə ona ümumilikdə 56 ədəd xəsarət yetirərək xüsusi amansızlıqla öldürüb.

Məhkəmə təqsirləndirilən şəxs qismində dindirmək istədikdə o, qeyri-adekvat hərəkətlər nümayiş etdirməklə, psixi sağlam insanın ifadəsinə xas olmayan, işə aid olmayan uydurma hadisələr barədə danışmaqla qeyri müəyyən şəxslər tərəfindən özünü və arvadı Billurəni öldürməyə məcbur edildiyini deyib.

Qeyd: Elnur Rəsulov hadisəni törədən zaman Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin Rejim-nəzarət şöbəsində nəzarətçi vəzifəsində çalışırdı.




Paylaş:


Müəllif : Tarix:
14-03-2023, 13:04
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər