reklam
Regionxeberlericom.az » Hadisə » Naxçıvan maliyyə nazirinin həbs qətimkan müddəti uzadılıb

reklam

Naxçıvan maliyyə nazirinin həbs qətimkan müddəti uzadılıb


Naxçıvan Muxtar Respublikasının keçmiş Maliyyə naziri Rafael Əliyev və Naxçıvan Dövlət Gömrük Komitəsinin şöbə rəisi vəzifəsində işləmiş Mənsur Əsgərovun həbs müddətləri uzadılıb.

Regionxeberlericom.az APA-ya istinadla xəbər verir ki, Səbail Rayon Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi üzrə təqsirləndirilən şəxslər Əsgərov Mənsur Turan oğlu və Əliyev Rafael Rza oğlunun həbsdə saxlama müddətlərinin uzadılması barədə istintaq orqanının vəsatətlərinə baxılıb.

Məhkəmənin qərarı ilə Rafael Əliyev və Mənsur Əsgərovun həbsdə saxlama müddətləri 3 ay müddətinə uzadılıb.

Qeyd edək ki, ittihama görə Rafael Əliyev və Mənsur Əsgərov xüsusilə külli miqdarda dövlət vəsaitlərinin mənimsənilməsində ittiham olunurlar.




Paylaş:


Müəllif : Tarix:
18-03-2023, 13:28
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər