reklam
Regionxeberlericom.az » Hadisə » Aptekə dərman almağa gələn kişi qəfildən öldü

reklam

Aptekə dərman almağa gələn kişi qəfildən öldü















Kürdəmirdə aptekdən dərman almaq istəyən 60 yaşlı kişi ölüb. 

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayon ərazisində yerləşən apteklərdən birində qeydə alınıb. 

Belə ki, rayonun Şahsevən kənd sakini 1963-cü il təvəllüdlü Baxşıyev İlqar Əli oğlu aptekdən dərman almaq istəyərkən anidən halı pisləşib. 

Ətrafdakı insanlar onu dərhal xəstəxanaya aparmaq istəyiblər. Məlum olub ki, İ.Baxşıyev vəfat edib. 

Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb. 

Hazırda fakt araşdırılır. 




Paylaş:


Müəllif : Tarix:
21-03-2023, 20:16
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər