reklam
Regionxeberlericom.az » Hadisə » Biləsuvarda su üstündə ata və oğlu döyülüb

reklam

Biləsuvarda su üstündə ata və oğlu döyülüb


Biləsuvar rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən dava olub.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Çərçili adlanan ərazisində qeydə alınıb.

Belə ki, rayonun Günəşli kənd sakinləri 1960-ci il təvəllüdlü Fikrət Gözəlov və oğlu 1987-ci il təvəllüdlü Hikmət Gözəlov tanıdıqları şəxslər tərəfindən döyülüblər. Onlar rayon xəstəxanasına aparılıb.

İlkin məlumata görə, mübahisə su üstündə düşüb.

Faktla bağlı DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupundan "Report"un yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, Biləsuvar rayon Günəşli kənd sakinləri Fikrət Gözəlov və oğlu Hikmət polisə müraciət edərək aralarında yaranmış mübahisə zamanı həmkəndliləri Z.Mirzəyev və V.Mirzəyev tərəfindən döyüldüklərini bildiriblər.

Faktla bağlı müvafiq ekspertizalar təyin edilib.

Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.




Paylaş:


Müəllif : Tarix:
27-03-2023, 14:14
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər