Arvadının gözünü çıxaran şəxsə bu cəza verildi
Sumqayıt Ağır Cinayətlər Məhkəməsində ötən ilin yanvar ayında yaşadığı evdə arvadına yumruq vuraraq gözünü çıxardan Ağdaş rayon sakini 1974-cü il təvəllüdlü Elxan Nəbiyevin məhkəməsi keçirilib.
Həyat yoldaşına ağır xəsarət yetirən şəxs Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi ilə ittiham edilib.
Məhkəmə prosesində bildirilib ki, E.Nəbiyev L.Nəbiyeva ilə 16 il əvvəl ailə həyatı qurub. Onların münasibəti normal olub. Hadisədən əvvəl L.Nəbiyeva gəlini ilə birlikdə Sumqayıtda yaşayan və xəstəlikdən əziyyət çəkən qardaşını ziyarət etmək üçün onlara gedib. Elxan zəng edərək maşınla onları evə gətirməyi təklif edib. Lakin qadın həyat yoldaşına tələsməməyini bildirib və özlərinin qayıdacağını deyib. Bir neçə saat sonra L.Nəbiyeva gəlini ilə birgə Xəzər bağları massivində kirayə yaşadığı evə qayıdıb. Elxan ona irad bildirərək niyə taksi ilə qayıtdığını deyib və yumruqla göz nahiyəsinə zərbə endirib. Bu zaman qadının gözündən qan axmağa başlayıb və o, sol gözünün görmə qabiliyyətini tamamilə itirib.
Məhkəmədə dövlət ittihamçısının suallarına cavablandıran L.Nəbiyeva bunları deyib: “Hadisə vaxtı gəlinim bizi ayırmağa çalışırdı, uşaqlar isə ağlayırdı. Uşaqlar gözümü necə çıxardığını gördü. Elxan bu hadisədən əvvəl də məni döyüb. Bu səbəbdən də ondan boşanmışam və şikayətçiyəm”.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elxan Nəbiyevə 6 il müddətinə həbs cəzası verilib.
İbtidai istintaq və məhkəmə prosesi dövründə polisin nəzarəti altına verilən E.Nəbiyev məhkəmə zalındaca həbs edilərək cəzaçəkmə müəssisəsinə göndərilib.
Paylaş:
Müəllif : Fuad
Tarix:3-04-2023, 21:06
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər