Bəraət alan şəxslə bağlı protest verildi, həbs edildi
Füzulidə narkotik maddələrin satışı və gənclər arasında təbliği ilə məşğul olan şəxs həbs edilib.
Bir müddət əvvəl Rüstəmov Mircəfər Mircavan oğlu barəsində Füzuli Rayon Polis Şöbəsində cinayət işi başlanıb. Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə (narkotik əldə etmə, hazırlama, satma) istintaq aparılıb.
Füzuli Rayon Məhkəməsi tərəfindən ona bəraət hökmü verilib. Dövlət ittihamçısı Şirvan Apellyasiya Məhkəməsinə hökmdən protest verib.
Baş Prokurorluğun Mətbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, Mircəfər Rüstəmov barəsində cinayət işi üzrə bəraət hökmündən verilmiş protest Şirvan Apellyasiya Məhkəməsi tərəfindən təmin edilib: “Birinci instansiya məhkəməsinin bəraət hökmü ləğv edilib və şəxs 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə məhkəmə zalından həbs olunub”.
Paylaş:
Müəllif : Fuad
Tarix:4-04-2023, 12:44
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər