reklam
Regionxeberlericom.az » Hadisə » Lerikdə arxda kişi meyiti tapıldı

reklam

Lerikdə arxda kişi meyiti tapıldı


Lerikdə su arxından kişi meyiti tapılıb.

Regionxedberlericom.az APA-ya istinadla xəbər verir ki, meyiti tapılan şəxsin Lerik rayonunun Almu kənd sakini, 1995-ci il təvəllüdlü Ümid Əliməmməd oğlu Hüseynov olduğu bildirilir.

Məlumata görə, Ümid Hüseynov ötən gün səhər saatlarında evdən çıxıb, onlara məxsus ot sahəsinə baxmağa gedib. Bundan sonra isə evə qayıtmayıb. Edilən telefon zənglərinə cavab vermədiyinə görə ailə üzvləri onun axtarışlarına başlayıb, polisə məlumat veriblər. Axtarışlar gecə saatlarına kimi davam edib. Bu gün səhər saat 8 radələrində ailəyə məxsus paybəlli torpağın yanında dərədə, kiçik su arxında Ümid Hüseynovun meyiti aşkar olunub. Onun su arxına düşərək boğulduğu ehtimal edilir.

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Qeyd edək ki, Ümid Hüseynov ailəli olub, bir övladı var

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.




Paylaş:


Müəllif : Tarix:
4-04-2023, 14:56
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər