İcra Hakimiyyəti Qurban bayramında şəhid ailəsinə iylənmiş ət göndərib – VİDEO
Qaradağ rayon İcra Hakimiyyəti Qurban bayramında şəhid ailəsinə keyfiyyətsiz ət göndərib.
regionxeberlericom.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə Qarabağ döyüşlərində şəhid olan Nəcıyev Yusif Allahverən oğlunun həyat yoldaşı Zəminə Hacıyeva video paylaşıb. Videoda qeyd olunur ki, bayram sovqatı Qaradağ rayonunun Qızıldaş qəsəbəsində yaşayan şəhid ailəsinə göndərilib. Ancaq Qurban payı vaxtı keçmiş və iylənmiş ət olub.
Şəhid ailəsi onlara göstərilən bu cür hörmətsizliyə görə Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılova müraciət edib: "Bilinmir neçə ilin ətidir, nə ətidir. İnanın ki, üfunətdən evdə dayanmaq olmur. Mən icra başçısından xahiş edirəm ki, bu faktlara baxıb araşdırsın və lazımı tədbirlər görsün. Araşdırıb öyrənsin ki, şəhid ailəsinə iylənmiş ət və digər bayram paylarını göndərənlər kimlərdir. Onun özüdür, yoxsa başqaları? Görəsən, belə əti onlar öz övladlarına verərlərmi”.
Şikayətçi bildirib ki, hər il qurban bayramında şəhid ailələrinə belə keyfiyyətsiz ərzaqlar paylanılır.
Paylaş:
Müəllif : Yazar
Tarix:15-08-2019, 14:06
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər
Qaradağ rayon İcra Hakimiyyəti Qurban bayramında şəhid ailəsinə keyfiyyətsiz ət göndərib.
Paylaş:
Müəllif :
Yazar
Tarix:15-08-2019, 14:06
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 15:10
Vurulan AZAL təyyarəsində Rusiyanın gizlədə bilmədiyi o anlar: Sağ qalan sərnişin ilk dəfə açıqladı
11-01-2025, 11:49
4 milyona görə həbs edilən birjaçı tanış çıxdı - Alışanovun qardaşı oğlu, Elarizin kürəkəni…
10-01-2025, 17:08
Səmyar Abdullayev oğlunu Harvardda oxudur: Gözdən əlillərin pulları hesabına... - Başqa nə cür ola bilər ki?..
10-01-2025, 17:03