Kanala düşən hərbçinin axtarışları davam etdirilir - Video
Fövqəladə Hallar Nazirliyi (FHN) ötən gün Baş Mil-Muğan kollektorunun Beyləqan rayonu, Birinci Şahsevən kəndinin ərazisindən keçən hissəsində baş verən qəza ilə bağlı məlumat yayıb.
FHN-dən verilən məlumata görə, minik avtomobilinin suya düşməsi nəticəsində batdığı ehtimal olunan 1988-ci il təvəllüdlü Ağayev Sahil Təbriz oğlunun axtarışları davam etdirilir.
“Axtarışlar Fövqəladə Hallar Nazirliyi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilir. Axtarış-xilasetmə əməliyyatı barədə əlavə məlumat veriləcək”, - rəsmi məlumatda bildirilib.
Xatırladaq ki, ilkin ehtimallara görə, aprelin 17-də Beyləqan rayonu ərazisində körpüdən keçən avtomobilin sürücüsü idarəetməni itirərək maşını kanala aşırıb. Əraziyə xilasedicilər cəlb olunub. Maşın kanaldan çıxarılsa da, sürücü maşında olmayıb. Axtarışları aparılan şəxsin hərbçi olduğu bildirilir.
[media=youtube.com/watch?v=gDIh_uqzoAk]
Paylaş:
Müəllif : Yazar
Tarix:18-04-2023, 16:06
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər