reklam
Regionxeberlericom.az » Hadisə » Yevlaxda xəstəxananın şöbə müdiri barəsində cinayət işi başlanıb, iş məhkəmədədir

reklam

Yevlaxda xəstəxananın şöbə müdiri barəsində cinayət işi başlanıb, iş məhkəmədədir


Yevlax Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinin müdiri Qədir Süleymanov barəsində cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

regionxeberlericom.az-un "Report"a istinadən xəbərinə görə, iş baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilib.

Hakim Ruslan Əlizadənin icraatında olan iş üzrə hazırlıq iclası avqustun 27-ə təyin edilib.

Q.Süleymanov Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham verilib.

Xatırladaq ki, Yevlax rayonunda icbari tibbi sığorta pilot layihə çərçivəsində tətbiq edilir və Yevlax rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsdir.


Paylaş:


Müəllif : Tarix:
16-08-2019, 15:05
Sikayət   


loading...
Загрузка...