reklam
Regionxeberlericom.az » Hadisə » Bakıda DƏHŞƏT: kişini öldürüb qaçdılar

reklam

Bakıda DƏHŞƏT: kişini öldürüb qaçdılar


Bakıda qətl hadisəsi olub.

Nərimanov rayon Prokurorluğundan verilən məlumata görə, aprelin 23-ü saat 20 radələrində paytaxtın Akademik Həsən Əliyev küçəsində yerləşən mənzillərdən birində 41 yaşlı Namik İsrafilovun üzərində xəsarət izləri olan meyiti aşkar edilib.

İlkin araşdırma zamanı zərərçəkmişin qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb olunması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.




Paylaş:


Müəllif : Tarix:
24-04-2023, 09:22
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər