Bakıda peşəkar dələduz “özümü yandıracam” deyib jurnalistlərə çağırış etdi - AÇIQLAMA
Ötən gün sosial şəbəkələrdə Bakıda bir nəfərin özünü Ombudsman Aparatının qarşısında yandıracağı ilə bağlı elan paylaşılıb. Həmin şəxs bütün mətbuat nümayəndələrinə çağırış edərək səhər saat 10:30-da bu intihar hadisəsini işıqlandırmağa çağırıb: “Xahiş edirəm tanıdığınız bütün media nümayəndələrinə, jurnalistlərə bildirəsiniz. İmkanları varsa nümayəndə göndərsinlər, çəkiliş aparsınlar, qoy bütün xalq görsün ki, bu avtoritar rejim mənim başıma nə oyunlar açır”.
Sosial şəbəkələrdə yayılan bu məlumatla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidovla əlaqə saxladıq.O, virtualaz.org-a açıqlamasında həmin paylaşım barəsində məlumatlı olduqlarını və səhər saatlarında Səbail Rayon Polis İdarəsinin əməkdaşlarının həmin ünvana getdiklərini dedi. E.Zahidovun bildirdiyinə görə, polis əməkdaşları elanda göstərilən vaxtda ora yaxınlaşan şəxsi saxlayaraq polis bölməsinə aparıblar.
“Araşdırma zamanı məlum olub ki, həmin şəxs Abşeron rayonu, Mehdiabad qəsəbəsində yaşayan 57 yaşlı Mehralı İsgəndərovdur. O, 2012-ci ildə Cinayət Məcəlləsinin iki maddəsi ilə məhkum olunub. Azadlığa çıxdıqdan sonra isə bu il barəsində 178-ci maddə ilə cinayət işi başladılıb və bu dəfə pul cəriməsi ilə azadlığa buraxılıb. O da məlum olub ki, o, öz qohumunu aldadaraq 11 min 500 manat pulunu dələduzluq yolu ilə mənimsəyib. Qohumunun şikayəti əsasında M. İsgəndərova qarşı cinayət işi başladılıb. Lakin cinayət işi bu şəxsin xəstəliyi ilə əlaqədar dayandırılıb”, - E. Zahidov bildirib.
DİN-in mətbuat xidmətinin rəisi həmçinin qeyd edib ki, saxlanılan M. İsgəndərov Abşeron sakini olan qadının 16 min 500 manat pulunu, eləcə də, 8 nəfərin ümumilikdə 45 min 80 manat pulunu və banklardan birinə məxsus 828 manat pulu dələduzluq yolu ilə ələ keçirib. Buna görə həmin şəxs barəsində Abşeron Rayon Məhkəməsində məhkəmə araşdırması aparılır.
“M. İsgəndərov intihar etmək planını bu problemlərdən yaxa qurtarmaq istəyi ilə izah edib. O, qeyd edib ki, əslində intihar adı ilə mətbuatın diqqətini cəlb etmək, sonra bəzi müxalif qüvvələrə qoşularaq öz əməllərini pərdələmək niyyətində olub. Əslində isə intihar adı altında jurnalistləri öz ətrafına toplamaq istəyən M. İsgəndərovun əlində benzin və ya kibrit də olmayıb. Bu onu göstərir ki, adam heç intihar da etmək istəməyib”, - E. Zahidov qeyd edib.
Paylaş:
Müəllif : Yazar
Tarix:16-08-2019, 18:01
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:16-08-2019, 18:01
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 08:36
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
23-11-2024, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23-11-2024, 13:25