reklam
Regionxeberlericom.az » Hadisə » Şəmkirdə ağır yol qəzası - Polis əməkdaşı öldü

reklam

Şəmkirdə ağır yol qəzası - Polis əməkdaşı öldü
















Şəmkir şəhər ərazisində ağır yol-nəqliyyat hadisəsi olub.

DİN-in mətbuat xidmətindən bildirilib ki, aprelin 29-da saat 23 radələrində Bakı-Qazax yolunun Şəmkir rayonu hissəsində 1991-ci il təvəllüdlü Seyidrüstəm Əliyevin idarə etdiyi “Niva”, 2001-ci il təvəllüdlü Fikrət Bağırovun idarə etdiyi “Priora” markalı avtomobillər toqquşub.

Nəticədə S.Əliyev hadisə yerində dünyasını dəyişib, yaralılar isə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, S. Əliyev polis zabiti olub, Gədəbəy Rayon Polis Şöbəsində xidmət edirdi.

***

Şəmkirdə ağır yol-nəqliyyat hadisəsi nəticəsində ölən və xəsarət alanların şəxsiyyəti məlum olub.

Bakı-Qazax yolunun Şəmkir rayonu hissəsində 1991-ci il təvəllüdlü Seyidrüstəm Əliyevin idarə etdiyi “Niva” markalı avtomobillə 2001-ci il təvəllüdlü Fikrət Bağırovun idarə etdiyi “VAZ-21021” markalı nəqliyyat vasitəsi toqquşub. Nəticədə Seyidrüstəm Əliyev Mirsalam oğlu hadisə yerində dünyasını dəyişib

Digər avtomobildə olanlar, 2001-ci il təvəllüdlü Bağırov Fikrət Nizami oğlu, 2000-ci il təvəllüdlü Quluzadə Toğrul Azər oğlu, həmyaşıdı Mahmudov Zirəddin Namiq oğlu və 2002-ci il təvəllüdlü Mahmudov Azər Namiq oğlu müxtəlif bədən xəsarətləri alıblar və xəstəxanaya yerləşdiriliblər.

Onlardan ikisinin vəziyyəti ağır, digərlərinin kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.




Paylaş:


Müəllif : Tarix:
30-04-2023, 10:11
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər