reklam
Regionxeberlericom.az » Hadisə » SEPAH Hörmüz boğazında neft tankerini ələ keçirib

reklam

SEPAH Hörmüz boğazında neft tankerini ələ keçirib

















İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Hörmüz boğazından keçən Panama bayrağı altında olan neft tankerini ələ keçirib.

Bu barədə ABŞ Müdafiə Nazirliyinin vizual məlumatların yayılması xidmətinin saytında məlumat dərc olunub.

“Mayın 3-də yerli vaxtla təxminən 06:20-də Panama bayrağı altında üzən “Niovi” neft tankeri Hörmüz boğazından keçid zamanı İslam İnqilabı Keşikçiləri Korpusunun dəniz qüvvələri tərəfindən ələ keçirilib”, - məluatda deyilib.

Qeyd edək ki, Hörmüz boğazının şimal sahilində İran, cənub sahilində Birləşmiş Ərəb Əmirlikləri və Omanın eksklavı Musandam yerləşir.




Paylaş:


Müəllif : Tarix:
3-05-2023, 14:03
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər