reklam
Regionxeberlericom.az » Hadisə » Özünü icra hakimiyyətinin işçisi kimi təqdim edən şəxs həbs edildi - məhkəmədən qaçmışdı

reklam

Özünü icra hakimiyyətinin işçisi kimi təqdim edən şəxs həbs edildi - məhkəmədən qaçmışdı


Özünü icra hakimiyətinin əməkdaşı kimi təqdim edərək, vətəndaşlara qarşı dələduzluq etməkdə təqsirləndirilən şəxsin məhkəməsi davam etdirilib. O, vətəndaşların yeni tikilən obyektlərinə rəsmi sənədlər hazırlayır, işə adam düzəldirmiş.

regionxeberlericom.az Musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham edilən Teyyub Quliyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında məlum olub ki, ev dustaqlığında olan Teyyub Quliyev barəsində çıxarılmış axtarış qərarı nəticə verib.

Belə ki, zərərçəkmişlərin pulunu ödəmək bəhanəsi ilə məhkəmədən bir neçə dəfə vaxt istəyən, amma vədinə əməl etməyərək məhkəmədən yayınan Quliyev barəsində axtarış elan edilmişdi.

Polis əməkdaşlarının axtarışları nəticə verib və Quliyev saxlanılıb. Onun barəsində həbs qətimkan tədbiri seçilib. Artıq Quliyev məhkəmə iclaslarına qolu qandallı gətirilir.

Məlum olub ki, Quliyev hələ də zərərçəkmişlərə vəd etdiyi pulu ödəməyib.

Zərərçəkmiş Asif Gülüşov ifadəsində bildirib ki, Şirvanda qeyri-yaşayış sahəsi tikdirmək istəyib. Həmin obyektə lazım olan sənədləri hazırlamaq üçün Teyyub Quliyevə müraciət edib. Quliyev bu işləri görmək üçün ondan 15 min manat alıb, amma aldadıb.

Digər zərərçəkmiş Əsgər Əsgərov da eyni məqsədlə təqsirləndirilən şəxsə pul verib. İş üzrə daha bir neçə zərərçəkmiş də var.

Qeyd edək ki, Teyyub Quliyev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilir. Onun barəsində həbs qətimkan tədbiri seçilməyib. Ev dustaqlığındadır.

Məlumata görə, o, özünü icra hakimiyyətinin adamı kimi təqdim edərək, müxtəlif şəxslərlə rəsmi sənədlərin hazırlanması xidmətini göstərirmiş.


Paylaş:


Müəllif : Tarix:
17-08-2019, 15:50
Sikayət   


loading...
Загрузка...