reklam
Regionxeberlericom.az » Hadisə » Ağcabədidə bələdiyyə işçilərinin əməkhaqları tutulub - VİDEO

reklam

Ağcabədidə bələdiyyə işçilərinin əməkhaqları tutulub - VİDEO


Ağcabədi Rayon Kommunal Xidmət və Mənzil İstismar İdarəsinin bir qrup əməkdaşının aprel ayı üzrə əməkhaqlarından bir hissəsi tutulub.

Bu barədə elə həmin işçilər özləri məlumat veriblər. Bildirilib ki, bəzi işçilərin maaşından 15 manat, bəzilərindənsə 35 manat tutulub.

Bir ildən artıqdır ki, Dost İş Mərkəzinin xətti ilə çalışdıqlarını bildirən şikayətçilər ilk dəfədir belə vəziyyətlə üzləşdiklərini deyirlər.

Ağcabədi Rayon Kommunal Xidmət və Mənzil İstismar İdarəsinin rəisi Səfər Səfərov isə bildirib ki, işçilərin şikayəti əsassızdır. Qurum rəsmisinin sözlərinə görə, həmin şəxslər qanunla müəyyən olunan iş saatına əməl etmədikləri üçün maaşlarından müxtəlif məbləğdə vəsait tutulub. Hər bir işçiyə də bu barədə əvvəlcədən məlumat verilib. 

Şikayətçilər isə idarə rəisinin dedikləri ilə razı deyillər. İddia edirlər ki, təyin olunmuş iş saatlarına uyğun xidmət başında olublar.

Daha ətraflı Baku TV-nin videosunu təqdim edərik:




Paylaş:


Müəllif : Tarix:
6-05-2023, 17:47
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər