reklam
Regionxeberlericom.az » Hadisə » Qubadlıda FACİƏ: Üstünə qaya düşən fəhlə öldü

reklam

Qubadlıda FACİƏ: Üstünə qaya düşən fəhlə öldü


Qubadlıda tikinti şirkətinin əməkdaşı ölüb.

Daxili İşlər Nazirliyin mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı bildirib ki, Qubadlı rayon Polis Şöbəsinə bu gün səhər 10 radələrində təmir-tikinti şirkətlərindən birində çalışan Coşqun Hüseynovun işə gəlməməsi ilə bağlı məlumat daxil olub. Məlumatla əlaqədar keçirilmiş tədbirlərlə Hacıqabul rayon sakini, 45 yaşlı Coşqun Hüseynovun meyiti Həkəri çayının yatağından aşkar edilib.

İlkin ehtimala görə onun üzərinə qaya parçalarının aşması nəticəsində ölüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.




Paylaş:


Müəllif : Tarix:
8-05-2023, 13:07
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər