reklam
Regionxeberlericom.az » Hadisə » DYP postunda İNSİDENT: polisləri özünü öldürməklə hədələdi

reklam

DYP postunda İNSİDENT: polisləri özünü öldürməklə hədələdi


Hacıqabulda Dövlət Yol Polisi postunda insident olub.

Baş Dövlət Yol Polisi İdarəsindən verilən xəbərə görə, idarə əməkdaşları tərəfindən mayın 8-də saat 9 radələrində Bakı-Qazax yolunda yerləşən postda “KİA” markalı avtomobil yoxlama nəzarət qaydasında saxlanılıb. Sürücü, Bakı şəhər sakini Nasir Məmmədov və sərnişinləri - əvvəllər məhkum olunmuşlar Ruslan Cavadov, Mehman Mirzəyev və Elgün Əliyev özlərini şübhəli apardıqlarına görə posta dəvət ediliblər.

Sürücü ilə fərdi söhbət aparılarkən sərnişinlərdən biri cibindən bıçaq çıxararaq uca səslə onları buraxmasalar özünə xəsarət yetirəcəyini bildirib, bu zaman digər sərnişin qaçmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıb.

Sürücü və sərnişinlər avtomobillə birgə Hacıqabul rayon Polis Şöbəsinə təhvil veriliblər.

RPŞ-də avtomobilə baxış zamanı oradan heroin, marixuana, metamfetamin, elektron tərəzi, beşbarmaq və bıçaq aşkar olunaraq götürülüb.




Paylaş:


Müəllif : Tarix:
9-05-2023, 12:58
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər