reklam
Regionxeberlericom.az » Hadisə » Məşhur iş adamı özünün 2.8 milyonluq qızılını oğurladı - ŞOK SƏBƏB

reklam

Məşhur iş adamı özünün 2.8 milyonluq qızılını oğurladı - ŞOK SƏBƏB


Avstraliyada 65 yaşlı zərgər Mişel Elias Germani sığorta şirkətindən 2,8 milyon dollardan çox pul almaq üçün mağazasını silahlı qarət etməyi planlaşdırıb.

Xarici mediaya bildirir ki, “Germani Jewellery”nin sahibi Mişel Elias Germani polisə müraciətində yanvar ayında Sidney Kraliça Viktoriya binasındakı mağazasında özünü müştəri kimi təqdim edən iki şəxsi onu və bir işçini təhdid etdiyini deyib. Onun sözlərinə görə, soyğunçulardan biri işçini bıçaqla hədələyib, digəri isə seyfi açmağı tələb edib. Soyğunçular Germani və onun əməkdaşının əl-ayağını kanatla bağlayıb, sonra isə bahalı zinət əşyaları ilə mağazadan qaçıblar.

Müraciətlə əlaqədar polis iki nəfəri, 37 yaşlı Çanel Tofaeono və 57 yaşlı Munir Helanı həbs edib. Lakin bu gün, yəni mayın 9-da polis iddia edilən quldurluğun yalan olduğunu öyrənib. Germani bir gün əvvəl həbs olunub. Polis oğurluğun onun tərəfindən törədildiyini bildirib.

Germani ağırlaşdırılmış soyğunçuluq və azadlıqdan məhrum etmə, aldatma üsulu ilə vicdansız yolla maddi gəlir əldə etməyə cəhd, pul əldə etmək üçün yalan və ya aldadıcı materiallar dərc etmək, cinayətkar qruplaşmada iştirak etmək və cinayət fəaliyyətinə şərait yaratmaqda ittiham olunurdu.

“Germani Jewellery” saytının məlumatına görə, Germani şahzadə Diana, Elizabet Teylor və Səudiyyə kral ailəsi üçün parçalar hazırlayıb.




Paylaş:


Müəllif : Tarix:
9-05-2023, 16:06
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər