Azərbaycanda qızını zirzəmidə saxlayan ataya bu cəza verildi
Mingəçevir Şəhər Məhləsində əqli geriliyi olan 19 yaşlı qızına əzab verən, onu zirzəmidə və həyətdə boruya bağlı halda saxlayan atanın məhkəməsi keçirilib.
Məlumata görə, 1978-ci il təvəllüdlü Ü.Bədəlov Cinayət Məcəlləsinin 133.2.4, 133.2.6 və 145.2.5-ci (Əzab vermə - köməksiz vəziyyətdə olan şəxsə qarşı işgəncə verməklə törədildikdə və qanunsuz azadlıqdan məhrumetmə - zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə) maddələri ilə təqsirləndirilib. Məhkəmənin hökmü ilə Ü.Bədəlov 3 il 2 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. İstintaq və məhkəmə prosesi dövründə ev dustaqlığında olan şəxs məhkəmə zalındaca həbs edilib.
Məhkəmədə bildirilib ki, 4 uşaq atası olan Ü.Bədəlov 2022-ci il tarixdən etibarən orta dərəcəli əqli gerilik davranış pozğunluğu və “kaxeksiya” diaqnozu qoyulmuş qızına tibbi kömək göstərilməsi və lazımi şəraitdə saxlanılması üçün mümkün ola biləcək ixtisaslaşdırılmış tibb müəssəsilərinə müraciət etməyib. O, qızının keçirdiyi psixoloji xəstəlik səbəbindən 2022-ci ildən etibarən digər ailə üzvlərinin də ona qulluq göstərilməsinin qarşısını alaraq, keçirdiyi psixoloji xəstəliyinə görə qızını günahlandırıb. Ü.Bədəlov qızını mütəmadi döyərək xəsarətlər yetirib, onu evinin zirzəməsində pis qoxulu, qaranlıq yerdə aclığa və digər qeyri-insani rəftara məruz qoymaqla, həmçinin həyətdə dirəyə bağlamaqla saxlayıb.
Ü.Bədəlov ifadəsində qızının keçirdiyi psixoloji xəstəlikdən sonra evdəki əşyalara tez-tez ziyan vurduğunu, həyətdən çıxıb qaçdığını və məcbur qalıb onu qapalı zirzəmidə saxladığını, həmçinin həyətdə dirəyə bağladığını deyib.
Paylaş:
Müəllif : Yazar
Tarix:11-05-2023, 16:27
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər