reklam
Regionxeberlericom.az » Hadisə » Ordubadda 20 il əvvəl bacısını öldürüb basdırmaqda təqsirləndirilən şəxs həbs olunmayıb

reklam

Ordubadda 20 il əvvəl bacısını öldürüb basdırmaqda təqsirləndirilən şəxs həbs olunmayıb


Naxçıvanda 20 il əvvəl bacısını öldürüb, meyiti həyətdəki quyuda basdırmaqda təqsirləndirilən Elman Tarverdiyevin cinayət işi üzrə istintaq davam edir.

Qanunun tələbinə uğun olaraq cinayətin törədildiyi vaxtdan 20 il keçdiyini göstərən ilkin məlumatlara əsasən, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı prokuror tərəfindən məhkəməyə təqdimat verilməyib.

Qeyd edək ki, əvvəlki dövrdən qalmış cinayətin üstünün açılması ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.

Aparılan araşdırmalarla Ordubad rayonunun Xurs kənd sakini, 1967-ci il təvəllüdlü Elman Tarverdiyevin 2003-cü ildə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bacısı Məlahət Tarverdiyevanı qəsdən öldürərək yaşadığı evin həyətində basdırmasına əsaslı şübhələr müəyyən olunub. Meyit basdırıldığı yerdən qazılaraq çıxarılıb və ekspertiza təyin edilərək müayinəsi aparılıb.

Faktla bağlı Ordubad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.




Paylaş:


Müəllif : Tarix:
15-05-2023, 17:00
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər