Əri tərəfindən yandırılan qadın öldü
Avqustun 18-də Şəmkirin Sarıtəpə kəndində keçmiş ərin evi yandırması nəticəsində yanıq xəsarəti alan 1995-ci il təvəllüdlü Məsimova Mətanət İlqar qızı bu gün səhər saat 6.20 aldığı xəsarətlərdən dünyasını dəyişib.
regionxeberlericom.az bildirir ki, bu barədə Bakupost-a Səhiyyə Nazirliyindən məlumat verilib.
Həkimlərin səyinə baxmayaraq, bədəninin 70 % (4-cü dərəcəli) yanığı ilə kritik vəziyyətdə 5 saylı xəstəxananın yanıq şöbəsinə çatdırılan 24 yaşlı qadının həyatını xilas etmək mümkün olmayıb.
Bədəninin 55% (4-cü dərəcəli) dərin nekrozlaşmış yanığı ilə xəstəxanaya çatdırılan Mətanət Məsimovanın anası, 54 yaşlı Səltənət Məmmədovanın da vəziyyəti kritik olaraq qalıb. Həkimlərin bildirdiyimə görə, onun həyatı təhlükə altındadır.
Qeyd edək ki, avqustun 18-də gecə saat 01.00 radələrində Şəmkir rayon Sarıtəpə kəndində ev yandırılıb. Evi 3 ay əvvəl həyat yoldaşı Məsimova Mətanət İlqar qızından boşanmış Şəmkir rayonunun Dəllərcəyir kənd sakini Elmar Sadıqov yandırıb. E. Sadıqov benzin çəlləyi ilə evə daxil olub, benzin tökərək evi yandırıb.
Yanğın zamanı 2017-ci il təvəllüdlü Sadıqov Nicat Elmar oğlu həyatını itirib, anası 1995-ci il təvəllüdlü Məsimova Mətanət İlqar qızı və nənəsi 1964-cü il təvəllüdlü Məmmədova Səltənət Allahverdi qızı xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. M. Məsimovanın bədəninin 70 faizi yanıb.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə), 120.2.9(təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə), 29, 120.2.7( iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb. İş üzrə hadisənin şahidləri müəyyənləşdirilərək dindirilib, müvafiq ekspertizalar təyin edilib.
Aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində E.Sadıqov tutularaq istintaqa cəlb olunub.
E.Sadıqov şübhəli şəxs qismində saxlanılaraq dindirilib və o, ilkin ifadəsində törətdiyi cinayət əməlini tam etiraf edib.
Paylaş:
Müəllif : Yazar
Tarix:19-08-2019, 10:44
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:19-08-2019, 10:44
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 08:36
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
23-11-2024, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23-11-2024, 13:25
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
23-11-2024, 13:24
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
22-11-2024, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
22-11-2024, 15:39