Qohumunu əkin sahəsində öldürüb qulağını kəsdi

Biləsuvarda 42 yaşlı kişi qətlə yetirilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, hadisə bu gün səhər saatlarında rayonun Çinarlı kəndində qeydə alınıb.
Bildirilib ki, 1972-ci il təvəllüdlü Əsgər Abdullayevin ov tüfəngindən açılan atəşdən xəsarət alması barədə polisə məlumat daxil olub. Cinayət əməlini törətməkdə şübhəli bilinən 1975-ci il təvəllüdlü Cavid Həmidov saxlanılıb.
Ə.Abdullayev xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Ə.Abdullayev və C.Həmidov qohumdur. Onların arasında bir müddətdir əkin sahəsi ilə bağlı ədavət var imiş. Kənd sakinlərinin bildirdiyinə görə, Cavid Əsgəri son öldürdükdən sonra qulağını kəsərək sahəyə atıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:24-05-2023, 11:32
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:24-05-2023, 11:32
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 12:52
Dünən, 12:39

Qəbələnin icra başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB