Bakıda məhbusa yoqurtların içində narkotik gətirdilər
Bakı istintaq təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.
Penitensiar Xidmətdən verilən məlumata görə, Cinayət Məcəlləsinin 177.2.1; 177.2.3; 177.2.4 və 232.1-ci maddələri ilə təqsirli bilinərək həbs edilmiş şəxs Abasqulu Zəfər oğlu Namazova tanışı İmişli rayon sakini Tamerlan Rauf oğlu Hüseynov tərəfindən gətirilmiş sovqata baxış keçirilib. Bu zaman orada olan 5 ədəd plastik yoqurt qabının içərisində xüsusi üsulla gizlədilmiş sellofan bükülülərdə ümumi çəkisi 3,06 qram olan psixotrop maddə - metamfetamin, ümumi çəkisi 3,400 qram olan narkotik maddə - marixuana, ümumi çəkisi 6,143 qram olan narkotik maddə - heroin və ümumi çəkisi 0,24 qram olan 6 ədəd dərman həbi - metadon aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
Paylaş:
Müəllif : Yazar
Tarix:25-05-2023, 12:25
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Qəbələnin icra başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB