reklam
Regionxeberlericom.az » Hadisə » Əlillik düzəlcədəm deyib 70 minlik dələduzluq etdi

reklam

Əlillik düzəlcədəm deyib 70 minlik dələduzluq etdi


Şirvanda vətəndaşlara qarşı dələduzluq edən və bu cinayət əməlinə görə axtarışda olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, keçirilən əməliyyat tədbirləri nəticəsində bir neçə rayon və şəhər sakinini aldadaraq onların xeyli miqdarda pullarını dələduzluq yolu ilə mənimsəyən Şirvan şəhər sakini Anar Əliyev paytaxt ərazisində saxlanılaraq istintaqa təqdim olunub.

Araşdırmalar zamanı məlum olub ki, A.Əliyev 25 nəfər şəxsin etibarından istifadə edərək, onlara xəstəlik və əlillik təqaüdləri düzəldəcəyi, eləcə də dayandırılmış təqaüdlərinin bərpa olunmasında köməkliklər göstəriləcəyi barədə yalan vədlər verərək zərərçəkənlərin ümumilikdə 70000 manatdan çox pulunu dələduzluq yolu ilə ələ keçirib.

Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi açılıb, A.Əliyevin barəsində şəhər məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Polis əməkdaşları həmin şəxsin digər analoji cinayətlərdə iştirakını da istisna etmir. Əgər A.Əliyevin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, həmçinin Şirvan ŞPŞ-nə məlumat vermələri xahiş olunur.




Paylaş:


Müəllif : Tarix:
2-06-2023, 09:14
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər