reklam
Regionxeberlericom.az » Hadisə » Arvadının müalicə pulunu mənimsəyən şəxs narkokuryer imiş

reklam

Arvadının müalicə pulunu mənimsəyən şəxs narkokuryer imiş


Bir müddət əvvəl ağır xəstəlikdən əziyyət çəkən həyat yoldaşı üçün yığılan pulları oğurlamaqda ittiham olunan Kamran İsmayılov narkotiklə saxlanılıb. 

O, taksi görüntüsü yaradaraq narkotiklərin satışı ilə məşğul olurmuş. Onun üzərinə və idarə etdiyi “Toyota Prius” markalı avtomobilə baxış zamanı 2 kiloqrama yaxın marixuana aşkar edilib. Araşdırma zamanı müəyyən edilib ki, Kamran İsmayılov tanışı şəxsiyyəti istintaqla araşdırılan Mahal adlı İran vətəndaşının göstərişi ilə onun qanunsuz yollarla ölkəyə göndərdiyi narkotiklərin paytaxtın müxtəlif ərazilərində paylanması ilə məşğul olub. 

Xatırladaq ki, K. İsmayılov daha əvvəl xərçəngdən əziyyət çəkən və bu ilin yanvar ayında vəfat edən keçmiş həyat yoldaşı Aytən İsmayılzadənin kartına toplanmış pulların oğurlamaqda ittiham olunurdu. Bu barədə A. İsmayılzadə sosial şəbəkə hesabında yazaraq ərinin onun kartından 2400 manatın oğurlandığını qeyd etmişdi. 

DİN həmin şəxslə bağlı araşdırmalara başlanıldığını açıqlamışdı. 

Qeyd edək ki, K. İsmayılovun ixtisasca informasiya texnologiyaları sahəsində mütəxəssis olduğu bildirilir. 


 





Paylaş:


Müəllif : Tarix:
2-06-2023, 16:44
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər