Lənkəranda usta iş yerində intihar etdi
Lənkəranda 37 yaşlı kişi iş yerində özünü asıb.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə səhər saatlarında şəhərdəki emalatxanada qeydə alınıb. Lənkəran rayonunun Göyşaban kənd sakini 1986-cı il təvəllüdlü Elmar Elşad oğlu Ağayev işlədiyi məişət avadanlıqlarının təmiri sexinə gəlib və sexdə özünü asaraq intihar edib. İş yerinə gələn işçilər hadisəni görüb aidiyyəti orqanlara məlumat veriblər. Rayon hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gəliblər. İlkin araşdırmalar nəticəsində məlum olub ki, E.Ağayev intihar edib.
Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib.
Qeyd edək ki, E.Ağayev usta kimi kondisioner və paltaryuyan maşınların hissələrinin satışı, eləcə də təmiri ilə məşğul idi.
Onun külli miqdarda borcunun olduğu üçün intihar etdiyi ehtimal olunur.
Faktla bağlı araşdırma aparılır.
Paylaş:
Müəllif : Yazar
Tarix:7-06-2023, 12:59
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər