Rusiyada azərbaycanlının obyekti söküldü - SƏBƏB
Tomsk şəhərinin Oktyabrski rayonunda qanunsuz tikili məhkəmə icraçılarının müdaxiləsindən sonra ləğv edilib.
Rusiya KİV-i bildirir ki, bələdiyyə Miçurin küçəsindəki ticarət obyektinin sökülməsi ilə bağlı iddia qaldırmışdı. İddiaçı və cavabdeh barışıq sazişi bağlayıblar. Bələdiyyə əməkdaşının sözlərinə görə, altı ay ərzində obyekti götürmək lazım idi. Ancaq obyekt sahibi şərtləri yerinə yetirmədiyinə görə məhkəmə icraçıları öz işinə başlayıblar.
İşi yerinə yetirmək üçün sahibinə könüllü müddət verilib. Lakin o, vaxta məhəl qoymayıb. Daha sonra binanın sahibi 5 min rubl cərimə ödəməli olub. Sahibkar yenidən tələblərə əməl etməkdən və ticarət obyektini sökməkdən imtina edib. Ona növbəti dəfə də pul cəzası verilib.
Nəticədə həmin şəxsin Rusiyadan çıxışına qadağa qoyulub. O, Rusiyanı tərk edib Azərbaycana, öz vətəninə gəlməli olduğu üçün bir neçə gün ərzində təcili olaraq binanı söküb.
Paylaş:
Müəllif : Yazar
Tarix:7-06-2023, 14:52
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər