reklam
Regionxeberlericom.az » Hadisə » Kütləvi zəhərlənməyə görə tutulan azərbaycanlılardan YENİ XƏBƏR - FOTOLAR

reklam

Kütləvi zəhərlənməyə görə tutulan azərbaycanlılardan YENİ XƏBƏR - FOTOLAR

Rusiyada kütləvi zəhərlənmə ilə bağlı bəzi təfərrüatlar məlum olub. 

Regionxeberlericom.az Rusiya KİV-ə istinadən xəbər verir ki, təkcə Volqa boyu regionlarda 28 nəfər “Mister Cidr” içkisindən zəhərlənərək dünyasını dəyişib. 

Araşdırmalar zamanı məlum olub ki, içkiləri “Andi” şirkəti istehsal edib. Şirkətin təsisçisi Anar Hüseynov, onun menecerləri Anton Frolov, Ravil Aslanov, həmçinin baş mühasib Polina Uskova artıq saxlanılıblar. 

O da məlum olub ki, ilk zəhərlənmə Ulyanovsk vilayətinin Dimitroqrad şəhərində qeydə alınıb. Bu şəhərdə 14 nəfər bir-birinin ardınca vəfat edib. 

Sonra analoji hadisələr Samarada qeydə alınıb. Bir ata və ananın meyitini isə onların qızları parkda tapıb. 

Artıq ölkənin bu və ya digər vilayətində 100-dən çox zəhərlənmiş şəxs reanimasiyalarda ölümlə çarpışır. 

“Mister Cidr”nin içkiləri ölkənin bütün mağazalarından yığışdırılıb. Samarada yük maşınlarından 19 min şüşə zəhərli içki götürülərək müsadirə edilib. 

Hüquq-mühafizə orqanları müəyyən ediblər ki, “Mister Cidr” məhsulları “Andi” şirkət tərəfindən mağazalara paylanılıb. Keçən il onların satışından gələn gəlir 10 milyon rubl təşkil edib. 

Yuxarıda qeyd etdiyimiz kimi şirkətin sahibi 32 yaşlı Anar Afət oğlu Hüseynovdur. O şəhərin mərkəzində yerləşən dəbdəbəli yaşayış komplekslərin birində yaşayır. Onun mənzilinin qiyməti 22 milyon rubldan çoxdur. Özü universitet bitirib, atası fermer, bacısı həkim-terapevtdir. Onun bir oğlu var. 

Samara Arbitraj məhkəməsinin məlumatına görə, Anar Hüseynovun şirkətində ötən il yoxlamalar aparılıb və külli miqdarda pozuntular aşkarlanıb. Onun istehsal etdiyi “Rom-Cola”, “Viski-Cola”, “Sangriya” içkiləri müsadirə edilərək məhv edilib. Bununla belə o, vur-tut 10 min rubl cərimə edilib. 

Həbs olunanlardan biri Ravil Aslanovun isə 27 yaşı var. O, əvvəllər Anar Hüseynovun atasının fermasında heyvandarlıqla məşğul olurmuş. Baş verənlərlə bağlı saxlanılanlardan biri 37 yaşlı Rafiq Müdarisov hazırda axtarışa verilib. 












Paylaş:


Müəllif : Tarix:
9-06-2023, 15:33
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər