reklam
Regionxeberlericom.az » Hadisə » DSX-nin hərbçisi güllə yarasından öldü

reklam

DSX-nin hərbçisi güllə yarasından öldü
















Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu intihar edib.

Respublika Hərbi Prokurorluğundan “Qafqazinfo”ya verilən məlumata görə, kiçik gizir Əhmədov Rahil Rahib oğlunun odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Qubadlı hərbi prokurorluğuna məlumat daxil olub.

Daxil olmuş məlumat əsasında Qubadlı hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülmüş, izahatlar alınmış və digər hərəkətlər icra edilib.

Fakt üzrə Qubadlı hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilmiş, müvafiq ekspertizalar təyin edilmiş və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib. Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.




Paylaş:


Müəllif : Tarix:
10-06-2023, 14:04
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər