reklam
Regionxeberlericom.az » Hadisə » Azərbaycandan Rusiyaya qaçan əcnəbilər saxlanıldı

reklam

Azərbaycandan Rusiyaya qaçan əcnəbilər saxlanıldı


Azərbaycan-Rusiya dövlət sərhədini pozanlar saxlanılıb.

Dövlət Sərhəd Xidmətindən verilən xəbərə görə, hadisə iyunun 12-də saat 20:32-də “Xudat” sərhəd dəstəsinin Qusar rayonunun Samur qəsəbəsi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində qeydə alınıb. Azərbaycandan Rusiya istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Əlcəzair Xalq Demokratik Respublikası vətəndaşları 27 yaşlı Khermaza Bachir Hamza və 21 yaşlı Chettouh Mohamed Abdelghani saxlanılıb.

Aparılmış əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılan şəxslərin dövlət sərhədini pozaraq qanunsuz yolla Azərbaycandan Rusiyaya, oradan isə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olmaları müəyyən edilib.




Paylaş:


Müəllif : Tarix:
13-06-2023, 12:53
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər