Həbsdə olan general əməliyyat edildi
Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov əməliyyat olunub.
Xəbərə görə, Nizami Məmmədov Bakı Sağlamlıq Mərkəzində ürək əməliyyatı keçirib.
Məlumatı generalın vəkili Rəşad Mirmehdizadə təsdiq edib.
Vəkil deyib ki, müvəkkili əməliyyatdan sonra Penitensiar Xidmətin Müalicə müəssisəsinə yerləşdirilib:
”Nizami Məmmədov xəstəxanada angioqrafiya olunub, damarlarında 80 faizdən artıq tutulma olduğuna görə stend qoyulub, eyni zamanda ürəyin ritm pozğunluğuna görə ablasiya əməliyyatı olunub. Hazırda həkim nəzarətindədir”.
Qeyd edək ki, N.Məmmədov ötən ilin mart ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs olunub. O, külli miqdarda mənimsəmədə ittiham olunur.
Hazırda iş üzrə ibtidai istintaq davam edir.
Paylaş:
Müəllif : Yazar
Tarix:14-06-2023, 13:59
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər