Tovuzda dövlət qurumunun işçisi cəzalandı - SƏBƏB

Tovuz rayonunda ağac kəsilməsi ilə bağlı daxil olan şikayət Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumunun əməkdaşları tərəfindən araşdırılıb.
ETSN-dən verilən məlumata görə, araşdırma zamanı Tovuz şəhəri İstiqlal küçəsi 3 ünvanında 1 ədəd söyüd ağacının şəhər ərazisində aparılan abadlaşdırma və təmizlik işləri zamanı Tovuz şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyinin işçisi Fazil Həsənov tərəfindən icazəsiz kəsildiyi məlum olub.
Faktla bağlı F.Həsənov barəsində protokol tərtib edilib və o 2360 manat məbləğində cərimə edilib. Eyni zamanda, kəsilmiş ağacın yerinə yeni ağacların əkilməsi üçün Tovuz şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyinə icrası məcburi olan “məcburi göstəriş” verilib. Ağacların əkilməsinə və onlara qulluq göstərilməsinə nəzarət olunacaq.
Paylaş:
Müəllif : Yazar
Tarix:22-08-2019, 09:47
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:22-08-2019, 09:47
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 12:01
Dünən, 12:52
Dünən, 12:39

İşəgötürən əmək münasibətləri prosesində aşağıdakı hallarda işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır

Qəbələnin icra başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB