Şəkili qadının faciəsi: İki körpəsi yolda, özü isə xəstəxanada dünyasını dəyişdi
Şəkidə beş gün əvvəl evdə baş verən partlayışda ağır xəsarət alan qadın xəstəxanada ölüb.
Məlumata görə, partlayış zamanı müxtəlif dərəcəli ağır termiki yanıq xəsarətləri alan 2000-ci il təvəllüdlü Şəki rayonu Aşağı Göynük kənd sakini Şəlalə Nəsib qızı Yusifova bu gün müalicə aldığı Bakı şəhəri Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzində dünyasını dəyişib.
Qeyd edək ki, iyunun 17-də Şəki rayonu Aşağı Göynük kəndində fərdi yaşayış evlərinin birində qaz sızmasından güclü partlayış olub. Hadisə nəticəsində Ş.Yusifova və onun iki azyaşlı övladı - 2020-ci il təvəllüdlü Əli Nicat oğlu Soltanlı və 2021-ci il təvəllüdlü Məhəmməd Nicat oğlu Soltanlı - müxtəlif dərəcəli termiki yanıq xəsarətləri alıblar. Elə həmin gün yaralılar Bakı şəhəri Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə aparılarkən azyaşlılar yolda dünyalarını dəyişiblər.
Faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparılır.
Paylaş:
Müəllif : Yazar
Tarix:22-06-2023, 13:06
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər