reklam
Regionxeberlericom.az » Hadisə » DTX-nin 13 terrorçunu saxlaması: - İlk dəfə aparılmayan əməliyyatda diqqəti çəkən məqamlar

reklam

DTX-nin 13 terrorçunu saxlaması: - İlk dəfə aparılmayan əməliyyatda diqqəti çəkən məqamlar


Azərbaycan kəşfiyyatının keçirdiyi əməliyyatla Suriyada “Taifatul Mansura” adlı qanunsuz silahlı dəstənin tərkibində döyüşmüş azərbaycanlılar yaxalanaraq ölkəyə gətiriliblər.

Öncəliklə deyək ki, “Taifatul Mansura” ABŞ-nin İraqa müdaxiləsi zamanı yaranıb, hərçənd, onun təməlinin dəqiq hansı vaxtda qoyulduğu barədə müfəssəl məlumatlar yoxdur.

Bu qruplaşma ABŞ qoşunlarına və onların yerli müttəfiqlərinə qarşı vuruşan sələfi üsyançı dəstələrdən ibarət olub. Sonradan, 2006-cı ildə “Taifatul Mansura” “Əl-Qaidə” ilə birləşib və Mücahidlər Şurasının yaradılmasına kömək edib.

İndi o, yəqin ki, Suriyada “Əl-Qaidə”nin çətiri altında fəaliyyət göstərən qruplaşmalardan biridir.

Azərbaycan dövləti xaricdə qanunsuz silahlı birləşmələrin tərkibində döyüşən vətəndaşlarına qarşı ilk dəfədir əməliyyat keçirmir, ancaq diqqəti fərqli iplər üzərinə aparmaq lazımdır.

Qeyd etməliyik ki, regionda geosiyasi iplər çürüyür, onun əvəzinə yenilərinin salınmasına cəhdlər göstərilir.

Rəqabət aparan tərəflərin gözündə Yaxın Şərqdəki silahlı birləşmələrin proksi qüvvə kimi qiyməti qalxır, çünki onlar müxtəlif regionlara sızaraq təxribat, terror törədərək təlimat verilən mərkəzlərin maraqlarını təmin edə bilirlər.

Əldə kəşfiyyat seyflərindən çıxan korrekt məlumatlar olmasa da, ümumi planda müxtəlif ölkələrdə silahlı radikal dəstələrə qoşulanların geri qayıdaraq sabitliyi pozacaq hərəkətlər edə biləcəkləri sirr deyil.

Azərbaycan regionda radikallaşan maraqların toqquşması zamanı nələr olacağının strateji analizini aparır və bu məsələdə strateji müttəfiqi Türkiyə ilə yanaşı, tərəfdaşlarının da yardımından bəhrələnir.

Ona görə də DTX-nin keçirdiyi əməliyyat Azərbaycanın strateji müdafiə reflekslərindən doğan kompleks qorunmanın tərkib hissəsi kimi anlaşıla bilər.

DTX-nin yaydığı məlumatda tutulanların saxlanıldığı ölkənin adı açıqlanmasa da, onların Suriyanın İdlib şəhərində təlim keçdikləri qeyd olunur.

Düşünə bilərik ki, üçüncü ölkədə (bəlkə də, Suriyanın özündə) ələ keçən şəxslərin planı Cənubi Qafqaz trayektoriyasına daxil olaraq müxtəlif addımlar atmaq olub, hər halda, Azərbaycana gətirilən şəxslərin sayının 13 olması maraqlı gəlir. Versiya güclənir ki, həmin azərbaycanlılar kompleks şəkildə genişmiqyaslı təxribatlara hazırlaşıblar.

Müttəfiq və tərəfdaş ölkələr Azərbaycan kəşfiyyatını əlində olan məlumatlarla da təmin edə bilər, xüsusən, Cənubi Qafqazda yaranan reallıqlardan sonra rəsmi Bakının əməkdaşlıq platformasına yeni elementlər gətirdiyi sirr deyil.

Aqşin Kərimov

DİA.AZ




Paylaş:


Müəllif : Tarix:
22-06-2023, 17:36
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər