Əvəz Zeynallı məhkəmədə: “Bank kartlarımı qaytarın”
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda ittiham olunan jurnalist Əvəz Zeynallının məhkəmə iclası keçirilib.
Hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Əvəz Zeynallı ifadə verib. Məlum olub ki, Əvəz Zeynallı istintaqa ifadə verməyib.
“Məni bilən bilir, tanıyan tanıyır. Amma mən sizin istədiyin istiqamətdə ifadə verə bilmərəm. Necədirsə elə də danışacam” - deyə Əvəz Zeynallı bildirib.
Əvəz Zeynallı ittiham olduğu epizodlar üzrə danışıb:
“Mən əvvəllərdə bu maddələrlə ittiham olunmuşam. Heç olmasa, o zaman mənim üzümə duranlar tanıdıqlarım idi. İndi tanımadığım insanlar üzümə durur. İttiham olunduğum 1-ci epizod Rasim Məmmədovla bağlıdı. Bununla bağlı, mənim keçmiş vəkilim Elçin Sadıqovun verdiyi ifadələr tamamilə ziddiyətlidir.
Elçin həm mənim, həm də Rasim Məmmədovun vəkili idi. O zaman Rasim Məmmədovu efirdə çox tənqid edirdim. Elçin Sadıqov məndən bu tənqidlərimi azaltmağımı xahiş etmişdi. Amma bu məsələ mənə görə çox ciddi olduğu üçün yenə tənqidlərə davam etdim. Rasim Məmmədovun ailəsindən 20 min tələb etdiyimi deyirlər. Yalandır. Mən heç onun ailəsini tanımıram.
Digər epizod isə Elnur Şükürovla bağlıdır. O mənim dostumdur. Mənə qarşı yalan ifadə verməsi üçün onu məcbur ediblər. İfadə verməyib deyə də onu tutublar”.
Əvəz Zeynallının vəkili vəsatət qaldıraraq əl qoyulan əşyaların geri qaytarılmasını istəyib:
“Hard disk, “Sony” markalı diktafon və 2 noutbuk geri verilməyib. Bununla yanaşı, bank kartları da geri qaytarılmayıb. Xahiş edirəm onların geri qaytarılmasını təmin edəsiniz”.
Prokuror vəsatətin təmin olunmamasını tələb edib.
Hakim isə dindirilmə mərhələsi olduğu üçün vəsatəti təmin etməyib.
Vəkilin digər vəsatəti isə Əvəz Zeynallının gözünün əməliyyat olunması ilə bağlıdır.
Hakim Əvəz Zeynallının əməliyyat olunması ilə bağlı vəsatəti qismən təmin edib.
Məhkəmə iclası iyulun 7-ə təxirə salınıb.
Qeyd edək ki, Baş Prokurorluğun rəsmi məlumatında bildirilir ki, Ə.Zeynallının ayrı-ayrı şəxslərdən hədə-qorxu gəlməklə, təkrar və külli miqdarda rüşvət almasına, habələ Elnur Şükürovla vəzifəli şəxslərin qərarına təsir etmək məqsədilə nüfuz alveri edərək pul almaları, xeyli miqdarda pulu dələduzluq yolu ilə ələ keçirmələri, eləcə də, digər şəxsi rüşvət verməyə təhrik etmələrinə əsaslı şübhələr müəyyən edilib.
Əvəz Zeynalova Cinayət Məcəlləsinin 178.2.1, 311.3.2, 311.3.3, 311.3.4, 32.4, 312.2 və 312-1.1 və digər maddələri, Elnur Şükürova isə həmin Məcəllənin 178.2.1, 32.4, 312.2 və 312-1.1 və digər maddələri ilə ittiham irəli sürülüb.
Xatırladaq ki, ötən ilin avqustunda jurnalist Eynulla Fətullayev Əvəz Zeynallının səs yazısını yayaraq onun həbsdə olan iş adamı Rasim Məmmədovun ailəsindən rüşvət almaqda ittiham etmişdi. İddia olunmuşdu ki, Ə.Zeynallı R.Məmmədov barəsində müsbət imic formalaşdırmaq üçün müvafiq verilişlər hazırlamağı vəd edərək onun ailəsindən 20 min manat rüşvət alıb.
Paylaş:
Müəllif : Yazar
Tarix:23-06-2023, 17:21
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər