reklam
Regionxeberlericom.az » Hadisə » İlisuda dağlıq ərazidə qalan yaralı turist xilas edildi - Yenilənib

reklam

İlisuda dağlıq ərazidə qalan yaralı turist xilas edildi - Yenilənib
















Qaxda turist dağdan yıxılaraq ağır xəsarət alıb.

Hadisə rayonun İlisu kənd ərazisində baş verib.

Həmin kənddən 7 km məsafədə dağlıq ərazidə yerləşən müalicəvi hamam adlanan əraziyə gedən turist dağdan yıxılaraq ağır xəsarət alıb.

Əraziyə Qax rayon Yanğından Mühafizə Hissəsindən xilasetmə qrupu və Təcili Tibbi Yardım avtomobilləri cəlb olunub.

Hazırda turistin həmin ərazidə çıxarılması istiqamətində xilasetmə işləri aparılır.

***

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan “Qafqazinfo”ya bildirilib ki, hazırda polis, prokurorluq, FHN əməkdaşları və TTY-nın həkim briqadası hadisə yerindədir.

Həmin şəxsin ərazidən çıxarılması istiqamətində tədbirlər görülür.

İlisuda dağlıq ərazidə qalan yaralı turist xilas edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan “Qafqazinfo”ya bildirilib ki, dağlıq ərazidə yıxılaraq xəsarət rayonunun Zəyəm kənd sakini 1993-cü il təvəllüdlü Zəfər Abdullazadə təxliyyə olunub və hazırda müayinə olunması üçün xəstəxanaya aparılır.

Fövqəladə Hallar Nazirliyi Qax rayonu, İlisu kəndində baş verən hadisə ilə bağlı məlumat yayıb.

Bildirilib ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb edilib.

Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1993-cü il təvəllüdlü Abdullazadə Mirzə Zəfər oğlu qayalıq ərazidən dərinliyi təxminən 10 metr olan dərəyə yıxılaraq təhlükəli vəziyyətdə qalıb.

Yanğınsöndürən-xilasedicilər tərəfindən həyata keçirilən xüsusi xilasetmə əməliyyatı sayəsində vətəndaş dərədən çıxarılaraq xilas edilib və təcili tibbi yardım briqadasına təhvil verilib.




Paylaş:


Müəllif : Tarix:
1-07-2023, 19:24
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər